Mojo.az Banner
16:15 Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB  |     16:00 Uşağı döymək olmaz, bəs valideyn nə etsin?  |     15:29 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb  |     15:19 Gürcüstan İranla hava əlaqəsini dayandırdı  |     15:06 Deputat xəstəxanalardakı vətəndaşları narazı salan növbələrdən danışdı: "Ciddi fikir veriləcək"  |     14:25 Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq  |     14:22 Ramik Hacıyev millimizdən imtina etdi: Görün hansı ölkəni təmsil edəcək  |     14:17 SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu  |     14:11 İlginc qərar: Məhkəmə anası ilə sərt davranan övladı mirasdan məhrum etdi  |     13:10 Azərbaycanlı deputatlara Rusiyadan dəvət gəldi  |     12:51 “Hicablıdırsa, özünü göstərə bilməz?” – İlahiyyatçıdan müzakirələrə cavab  |     12:19 Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı  |     12:13 Cəlilabadda qadın su quyusuna düşərək ölüb  |     12:04 Karantin rejimi ilə bağlı YENİ QƏRAR  |     12:03 Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb - FOTO  |     12:01 Hacıqabulda oğurluq edən şəxs saxlanıldı  |     12:01 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü  |     12:00 Toylarında gözlənilməz qayda – Bu ənənə qadağan edilir?  |     11:58 “Həzi Aslanov”dakı təmir yekunlaşır - Bu tarixdə  |     11:50 Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəblini qətlə yetirməkdə təqsirləndirilən şəxs ifadə verib

03.03.2025 21:21 756
Bakıda məktəblini qətlə yetirməkdə təqsirləndirilən şəxs ifadə verib
Bakıda həmyaşıdı Həsən Qurbanovu qətlə yetirməkdə təqsirləndirilən Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Yasin Mirzəyev ifadəsində deyib ki, onlar arasında "Vatsap" qrupunda mübahisə yaranıb:

"Həsəngil bir neçə nəfərlə məktəbin qarşısına gəldilər. Dedilər ki, qəbiristanlığa gedək. Orada mübahisə düşdü. Həsən Əlirza ilə mübahisə edəndə bıçaqla vurdum. Birini vurdum, elə bildim dəyməyib. Ona görə də ikincini də vurdum. Sonra köməyə adam çağırdım. Dedim ki, təcili yardım çağırın. Yaxınlıqda yerləşən sexin əməkdaşları köməyə gəlmişdilər".

Məhkəmənin baxış iclası aprelin 14-ə təyin olunub.

Rəsmi məlumata görə, hadisə oktyabrın 2-də Bakının Sabunçu rayonu ərazisində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Həsən Qurbanovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə təqsirli bilinib.скачать dle 11.3
Mojo.az Banner