Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu

17.09.2026 14:17 327
SOMDA əməkdaşlarının tibbi təminatı DİN-ə həvalə olundu
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, agentlik hər il öz tibbi təminat ehtiyaclarını DİN-lə birgə müzakirə edərək təkliflər hazırlayacaq. Bu razılaşdırılmış layihə əsasında Maliyyə Nazirliyi növbəti illərin dövlət büdcəsini tərtib edərkən zəruri vəsaiti birbaşa DİN-in saxlanılması xərclərinin tərkibində nəzərdə tutacaq.

Beləliklə, SOMDA-nın əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsini Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər