Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Uşağı döymək olmaz, bəs valideyn nə etsin?

17.09.2026 16:00 651
Uşağı döymək olmaz, bəs valideyn nə etsin?
Məktəblilərin sosial şəbəkələrdə paylaşdığı videolar, xüsusilə məktəb mühitində çəkilən və şagirdlərin görünüşü ilə bağlı məzmunlar son günlər müzakirələrə səbəb olub. Belə hallarda valideynlərin məsuliyyəti, uşağın sosial şəbəkədə paylaşım etməsinə nəzarət və məktəb qaydalarının pozulması məsələsi də gündəmə gəlir. Bəs məktəbli uşağın bu cür videosunu çəkərək sosial şəbəkədə paylaşmasına görə valideyn qanunvericiliklə məsuliyyət daşıya bilərmi?

Məktəbli qızın məktəbə makiyaj edərək getməsi və bununla bağlı vlog çəkməsi kimi hallarda valideynə hər hansı cərimə və ya digər inzibati məsuliyyət tətbiq oluna bilərmi?

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Median.Az-a açıqlamasında deyib ki, burada valideynin dövlət qarşısında hər hansı məsuliyyətindən söhbət gedə bilməz:

“Çünki uşaq heç kimə ziyan vurmayıb. Əgər uşaq kiməsə maddi zərər vursaydı, nəyisə sındırsaydı, bu halda, təbii ki, valideyn həmin maddi zərərin əvəzini ödəməlidir. Bu isə mənəvi və tərbiyə məsələsidir. Biz elə bir dövrdəyik ki, valideynlər bu məsələləri tam tənzimləyə bilmirlər. O cümlədən ona görə ki, müasir dövlət də buna müəyyən məhdudiyyətlər qoyur. Valideynə deyilir ki, uşaq üzərində fiziki təzyiq göstərə bilməz, ona əl qaldıra bilməz. Hətta sözlə təzyiq göstərilməsi də mənəvi zorakılıq kimi qiymətləndirilir. Valideyn bəzən bilmir ki, uşağı tərbiyə etmək üçün nə etməlidir. Təbii ki, uşağa müəyyən məhdudiyyətlər qoymaq, lazım gəldikdə cəzalandırmaq lazımdır. Amma indiki dövrdə, hətta ən sərt valideynlər üçün belə uşağı internetin və sosial şəbəkələrin təsirindən qorumaq çətindir. Amma bu, bütün uşaqların belə olduğu anlamına gəlmir”.

O qeyd edib ki, uşağı ilk gündən düzgün tərbiyə etmək lazımdır:

“Valideynlər bəzən uşağı əvvəlcədən bir qədər sərbəst buraxırlar. Sonradan isə uşaq valideynin sözünə baxmır. Xüsusilə yeniyetməlik və keçid yaşlarında bu, daha ciddi problemə çevrilir. Bu halda valideyn nə etməlidir? Məsələn, uşağa əl qaldıra bilmir, çünki buna görə məsuliyyət yarana bilər. Bu, ümumiyyətlə, müasir dövrün çox böyük problemlərindən biridir. Burada məktəbin də rolu və məsuliyyəti var. Müəllimlər günün xeyli hissəsini həmin uşaqlarla birlikdə keçirirlər. Onlar da uşaqları tərbiyələndirməli və maarifləndirməlidirlər. Əslində, hamının məsuliyyəti var. Mətbuatın da, telekanalların da məsuliyyəti var. Çünki hamının gözü qarşısında bu qədər ədəbsizlik və tərbiyəsizlik baş verir. Telekanallarda hansısa artist və ya müğənni çıxıb deyir ki, mən hələ məktəbdə oxumurdum, amma bu yolla pul qazanıram. Xüsusilə bəzi qadın müğənnilər öz görünüşlərini ön plana çıxararaq bununla diqqət çəkdiklərini söyləyirlər. Uşaq da buna baxıb düşünür ki, deməli, ən düzgün yol budur. Yaxud kişilər arasında da belə nümunələrə rast gəlinir. Deyirlər ki, məndə elə avtomobil var ki, şəhərdə heç kimdə yoxdur, mən məktəbdə oxumurdum, dərsdən qaçırdım. Belə söhbətlər telekanallarda çox səslənir. Uşaq da bunlara baxır və düşünür ki, deməli, belə olmaq lazımdır”.

Aysel

Son xəbərlər