Məktəblinin sosial şəbəkə videosu gündəm oldu: Valideynlərə xəbərdarlıq (Video)
Son günlər məktəblinin sosial şəbəkədə makiyaj edərək video çəkdiyi görüntülər ictimai müzakirələrə səbəb olub. Görüntülər uşaqların sosial şəbəkələrdə davranışı, bu platformalarda qarşılaşdıqları məzmun və sosial media fenomenlərinin onlara təsiri məsələsini yenidən gündəmə gətirib. Xüsusilə azyaşlıların bloqerləri və influenserləri təqlid etməsi, onların davranış və dünyagörüşünün formalaşmasına sosial şəbəkələrin təsiri ilə bağlı suallar yaranıb. Digər tərəfdən, uşaqların sosial mediadan istifadəsində valideyn nəzarətinin hansı səviyyədə olması da müzakirə olunur. Bəs azyaşlı uşaqların sosial şəbəkələrdə bu cür fəaliyyət göstərməsi onların davranış və dünyagörüşünə necə təsir edə bilər və bu məsələdə valideynlərin nəzarəti hansı formada olmalıdır?
Məsələ ilə bağlı Median.Az-a açıqlamasında sosioloq Üzeyir Şərifov deyib ki, sözügedən şagirdinin sosial şəbəkədəki bu fəaliyyəti, şübhəsiz ki, sosial şəbəkə fenomenlərinin, influenserlərin, bloqerlərin və sosial media platformalarının şagird üzərində təsirini göstərir:
“Görünür ki, şagird hansısa influenseri və ya bloqeri imitasiya edir, onu təqlid etməyə çalışır. Bu cür davranış orta məktəb şagirdinə adekvat deyil. Belə bir üslub və müraciət forması orta məktəb şagirdinə xas hesab oluna bilməz. Orta məktəb şagirdi ona verilən imkanlardan maksimum istifadə edərək bilik və bacarıqlarını artırmalı, dünyagörüşünü formalaşdırmalıdır. O, təhsil standartlarına uyğun şəkildə təhsil almalı, davranış və üslubunu da orta məktəb şagirdinə verilən tələblər və müəyyən edilmiş meyarlar əsasında formalaşdırmalıdır”.
Aysel