Mojo.az Banner
11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial şəbəkələrdə yaş həddi: Sakinlər nə düşünürlər? - Video

04.07.2026 18:15 297
Sosial şəbəkələrdə yaş həddi: Sakinlər nə düşünürlər? - Video
Sosial şəbəkələr artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevriliblər.

Təhsil, ünsiyyət və məlumat əldə etmək üçün geniş imkanlar yaradan bu platformalar eyni zamanda uşaqların fiziki və psixoloji inkişafı baxımından müəyyən risklər formalaşdırır.
Məhz bu səbəbdən Milli Məclis sosial şəbəkələrdə uşaqların müdafiəsini gücləndirməyə yönəlmiş qanunvericilik dəyişikliklərini nəzərdə tutur.

Yeni tənzimləmə yaşın yoxlanılması mexanizminin tətbiqini və azyaşlıların rəqəmsal mühitdə qorunmasını hədəfləyir. Dəyişikliklərə əsasən, 16 yaşına çatmayan uşaqların müəyyən sosial şəbəkə platformalarında hesab yaratmasına icazə verilməyəcək.

16-18 yaş arası şəxslər isə yalnız valideyn razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Qanunun əsas məqsədi sosial şəbəkələrdə tam qadağa tətbiq etmək deyil, qeydiyyat zamanı yaşın yoxlanılması sistemini formalaşdırmaq və uşaqları zərərli məzmunların təsirindən qorumaqdır.

Bu yanaşma dövlətin uşaqların sağlam inkişafı və təhlükəsiz informasiya mühitində böyüməsi istiqamətində həyata keçirdiyi sosial siyasətin davamı kimi qiymətləndirilir. Paytaxt sakinləri də məsələyə münasibət bildirərək yeni qanun layihəsini müsbət qarşıladıqlarını qeyd ediblər.

"Mənim evimdə də azyaşlı var, telefondan ayırmaq olmur. Bu qərarla tamamilə razıyam", - vətəndaşlardan biri Baku TV-yə söyləyib.

Digər bir sakin isə qeyd edib:

"Əlbəttə, bu qərar valideynlərin yükünü müəyyən qədər azaldır. Artıq valideynlər övladlarına görə əvvəlki kimi həyəcan və narahatlıq keçirməyəcəklər, çünki dövlət tərəfindən belə bir müdafiə sistemi qurulur".скачать dle 11.3
Mojo.az Banner