Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?

27.02.2026 21:50 558
Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?
Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, sənəddə rəqəmsallaşmanın sürətlənməsi fonunda sosial şəbəkələrin uşaqların həyatında artan rolunun yaratdığı risklərə diqqət çəkilir və onların psixoloji rifahı ilə təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanır.
Sərəncama əsasən, sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi, valideyn nəzarətinin gücləndirilməsi və platformadaxili təhlükəsizlik mexanizmlərinin yaradılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan əlavə, təhsil proqramlarına rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, valideynlər və müəllimlər üçün maarifləndirmə işlərinin genişləndirilməsi planlaşdırılır. 


Median.Az xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov ilk növbədə qeyd edib ki, belə bir sərəncamın imzalanması olduqca vacib və əhəmiyyətli addımdır. 
“Mən də bir neçə dəfə parlament iclaslarında bu məsələyə toxunmuş, eyni zamanda mətbuatda dəfələrlə problemin aktuallığını gündəmə gətirmişdim. Cənab Prezidentin bu məsələyə həssas yanaşması təqdirəlayiqdir. Qadağa və məhdudiyyətlərin tətbiqi böyük önəm daşıyır. Bu baxımdan, verilən tapşırıqlar əsasında artıq konkret tədbirlərin həyata keçirilməsinə də başlanılacaq”.
Deputat nəzərə çatdırıb ki, bu həm də onu göstərir ki, rəqəmsal mühitin uşaqların düşüncəsinə və tərbiyəsinə ciddi təsiri var. Onun sözlərinə görə, burada psixoloji amillər də mühüm rol oynayır. 
“Elə məhz bu səbəbdən də müəyyən məhdudlaşdırıcı addımların atılması zəruridir. Lakin məhdudiyyətlərlə yanaşı, geniş maarifləndirmə və təbliğat işlərinin aparılması da vacibdir. Gəncləri, yeniyetmələri və şagirdləri qorumaq üçün bu istiqamətdə sistemli fəaliyyət həyata keçirilməlidir”.
Milli Məclisin üzvü onu da əlavə edib ki, mövcud proseslər onu göstərirdi ki, gələcəyə doğru vəziyyət daha da mürəkkəbləşə bilər:
“Buna görə də vaxtında addımlar atmaq və uşaqları qorumaq əsas prioritet olmalıdır. Qanunlar, normativ aktlar və tənzimləyici mexanizmlərlə yanaşı, paralel şəkildə geniş ictimai maarifləndirmə tədbirlərinə də ehtiyac var.
Uşaqların yaş həddi məsələsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində 16 yaşa qədər olan şəxslər üçün müəyyən məhdudiyyətlərin tətbiqi müzakirə olunur və artıq bir sıra ölkələrdə bu istiqamətdə tədbirlərin icrasına başlanılıb. Eyni zamanda məktəblərdə, ailələrdə və mediada geniş maarifləndirmə və təbliğat işləri aparılır”, - deyə C.Məmmədov fikrini tamamlayıb.скачать dle 11.3
Mojo.az Banner