16:37 Nizami polisindən ƏMƏLİYYAT - İki nəfər 66 kiloqram narkotiklə tutuldu - Video  |     15:41 Ermənistan vətəndaşlarının məhkəməsində Tovuz döyüşlərindən sonra çəkilmiş videomaterial nümayiş etdirilib  |     15:39 Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi  |     15:34 Sumqayıtda "Land Rover" parklanmış üç maşını vurub aşdı  |     15:22 İlham Əliyev İslam Rzayevi vəzifəsindən azad etdi  |     15:01 Qabil, Tural, Məhəmməd Bakıya gətirilir  |     14:27 Ermənistan Qarabağ ermənilərinə görə 250 milyon dollar aldı  |     14:21 Naxçıvanda hasar uçub: Ölən var  |     13:46 Tanınmış dilçi alim vəfat etdi  |     13:40 Azərbaycan Qəzzada missiyaya qoşulmaq üçün ABŞ-nin sorğusunu nəzərdən keçirir  |     13:32 DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı (Yenilənib)  |     13:15 Sabah hava yağmursuz olacaq  |     13:11 DTX tərəfindən saxlanılan icra başçısının qızı hakimdir - FOTO  |     12:59 “Gmail” hesabı olanlara - Xəbərdarlıq  |     12:57 Luvrdan oğurluq işi üzrə beş nəfər saxlanıldı (Yenilənib)  |     12:45 “İnternet qurbanı olan 15 yaşlı qızım onun tələsinə düşdü…”  |     12:44 Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb- FOTO  |     12:22 Sumqayıtda 500 abonentin qazı kəsiləcək  |     12:18 Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindiriliblər  |     12:01 DTX Balakəndə əməliyyat keçirir: İcra başçısı saxlanıldı - FOTO  |    

Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə sistemi təkmilləşdiriləcək

Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşdiriləcək. Regionlarda günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri şəbəkəsi genişlənəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” ölkəmizdə uşaqları müdafiə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin reallaşdırılmasına xidmət edir.

Sənəddə digər tədbirlərlə yanaşı, çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi də yer alır. Alternativ qayğı xidmətlərinin inkişafı, uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi, uşaqların əlilliyinin qarşısının alınması və inkişaf pozuntularının erkən aşkarlanması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi və bu sahədə metodikanın təkmilləşdirilməsi və s. nəzərdə tutulur.

Planda valideyn himayəsindən məhrum olmuş, baxımsız, sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial xidmətlərə əlçatanlığının artırılması və sağlamlıq imkanları məhdud uşaqların daha keyfiyyətli təhsillə təmin edilməsi istiqamətində də tədbirlərin davamlılığını təmin edilməsi qeyd olunur.

Fəaliyyət Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblərin hazırlanmasını təmin edəcək. Regionlarda sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsinin təşviq edilməsi işlərini aparılacaq. Sosial sifariş əsasında günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyəti də təşviq ediləcək. Regionlarda bu cür mərkəzlər şəbəkəsinin çoxaldılması və mövcud mərkəzlərin işinin təkmilləşdirilməsi də Planda Nazirliyin görəcəyi işlər sırasında qeyd edilib.

Alternativ qayğı xidməti kimi, “himayədar ailə” institutunun tətbiqi və inkişaf etdirilməsinə dair mexanizmlərin müəyyən olunması üçün normativ hüquqi baza yaradılması, uşaq əməyinin və uşaqların cinsi istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası əlaqələndirmə işinin təşkili, bu sahədə fəaliyyətin gücləndirilməsi və digər tədbirlər də sənəddə yer alıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            627 28.11.20 16:08