Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO

10.06.2026 23:00 537
Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO
Son illərdə uşaqların sosial şəbəkələrdən istifadəsi mühüm inkişaf imkanları yaratmaqla yanaşı onların sağlam informasiya mühitində inkişafına kölgə salıb.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində məlumat verilib. Qeyd olunub ki, sosial şəbəkələrin auditoriyası gündən günə genişlənir. Lakin auditoriya əhatəliliyi öz növbəsində yetkinlik yaşına çatmayan şəxslər, uşaqlar üçün təhlükəli ola bilər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas deyir ki, sosial şəbəkələr reyting göstəricilərinə əsasən alqoritmləşir. Bu da öz növbəsində uşaqları virtual təhlükə ilə üz üzə qoyur.

Mətbuat Şurasının idarəetmə heyətinin üzvü Müşfiq Ələsgərli deyir ki, sosial şəbəkələrdən asılılığın çox ciddi neqativ nəticələri ola bilər. Bu nəticələrini aradan qaldırmaq yalnız müvafiq hüquqi normalarla mümkündür. Artıq, sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı, elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.

O həmçinin qeyd edib ki, sosial şəbəkələrin yalnış neqativ təsirlərdən qorunması məqsədilə qanuna edilən müvafiq dəyişikliklər sosial şəbəkə provayderləri üçün də məsuliyyət yaradacaq.

Son xəbərlər