Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Ekspert Şurasının üzvləri ilə görüş keçirilib

01.07.2021 22:41 927
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Ekspert Şurasının üzvləri ilə görüş keçirilib
Bu gün “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasından irəli gələn məsələlərin müzakirəsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Ekspert Şurası və Müsabiqə Komissiyasının üzvlərinin onlayn formatda görüşü təşkil edilib.

Dövlət Komitəsinin sədr müavini, Ekspert Şurasının və Müsabiqə Komissiyasının sədri Aynur Sofiyeva iştirakçıları salamlayaraq, görüşün əhəmiyyətini və məqsədini qeyd edib.

O, gündəlikdə olan əsas məsələnin Ekspert Şurasının fəaliyyəti istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi üzrə fikir mübadiləsi və iş bölgüsünün olduğunu diqqətə çatdırıb. Eyni zamanda, Komitə tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun 13-cü maddəsinə əsasən, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi üçün keçiriləcək müsabiqənin əhəmiyyətinə ictimaiyyətdə diqqət çəkmək üçün mövzunun kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması məsələsini vurğulayıb.

Müzakirələrdə iştirak edən Ekspert Şurasının üzvü olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Aysel Hadiyeva, Milli Televiziya və Radio Şurasının nümayəndəsi Nemət Cavadov, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev, müstəqil ekspert, psixoloq Elmira Mirzəyeva, müstəqil ekspert, pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova və Müsabiqə Komissiyasının üzvləri çıxış edərək, müvafiq mövzu ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Müzakirələrin yekununda Aynur Sofiyeva Ekspert Şurasının və Müsabiqə Komissiyasının üzvlərinin iştirakı ilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner