Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Sosial şəbəkələrdə yaş yoxlanışı necə həyata keçiriləcək? - Qaydalar açıqlandı

10.06.2026 16:08 279
Sosial şəbəkələrdə yaş yoxlanışı necə həyata keçiriləcək? - Qaydalar açıqlandı
"Sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, bu məsələdə bəzi öhdəliklər həm də provayderlərin üzərində düşür:

"Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" (sonsuz sürüşdürmə) və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim etməlidirlər".

H.Hüseynli bildirib ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və uyğunluq təsdiqlənmədiyi halda dərhal silinməlidir:

"Bu məlumatların kommersiya (reklam) məqsədilə istifadəsi və üçüncü tərəfə ötürülməsi qadağan olunur. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində silməli və bu prosesi 24/7 rejimində rəqəmsal həllərlə təmin etməlidirlər".скачать dle 11.3
Mojo.az Banner