Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan İranla hava əlaqəsini dayandırdı

17.09.2026 15:19 384
Gürcüstan İranla hava əlaqəsini dayandırdı
Gürcüstan beynəlxalq sanksiyalar rejiminə uyğun hərəkət edərək İranla hava əlaqəsini dayandırır.

Median.Az
"Kommersant"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib.

Gürcüstan tərəfi bu addımı ABŞ-nin İran hava yolu şirkətlərinə, eləcə də Gürcüstana uçuşlar həyata keçirən şirkətlərə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq atıb.

"Müvafiq sanksiyalar tətbiq edilib. Gürcüstan konkret institutlar və dövlətlər tərəfindən tətbiq olunan sanksiya rejimlərini hər zaman nəzərə aldığı üçün, İqtisadiyyat Nazirliyinin də bildirdiyi kimi, biz də müvafiq qərar qəbul etdik. Biz sanksiya rejiminə diqqət yetiririk", - deyə Kobaxidze bildirib.

Hökumət başçısı vurğulayıb ki, Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmək niyyətində deyil. O, belə bir addımı absurd və yanlış adlandırıb. Ölkənin Mülki Aviasiya İdarəsi də sentyabrın 10-da beynəlxalq sanksiyalar rejiminə tam uyğun fəaliyyət göstərəcəyini təsdiqləmişdi.

Sentyabrın 8-də ABŞ-nin Maliyyə Nazirliyi yeni məhdudiyyətlər elan edib. Qərara əsasən, 27 İran aviaşirkəti sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, "Qeshm Air", "Varesh Airlines", "Sepehran Airlines" və "Fly Kish Airlines" şirkətləri Tbilisi və Batumiyə reyslər həyata keçirirdi.

Son xəbərlər