Bakıda qəsəbə sakinləri axşamlar evdən çölə çıxa bilmirlər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |     11:45 BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya  |     11:44 Azərbaycan Polisi 107 yaşında  |     11:42 Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO  |     11:36 Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA  |    

Bakıda qəsəbə sakinləri axşamlar evdən çölə çıxa bilmirlər - VİDEO

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bahar" yaşayış massivinin sakinləri axşam səkkizdən sonra evdən çölə çıxa bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, bunun səbəbi xüsusilə axşam və səhər saatlarında olan dəhşətli qoxudur.

Sakinlər üfunətin son günlərdə daha da şiddətli hal aldığını, hətta yayılan pis qoxuya görə, bir neçə nəfərin səhhətinin pisləşdiyini bildiriblər.

Məsələ ilə bağlı Bakı Sukanal İdarəsinin rəisi Əlizadə Nəsirovun sözlərinə görə, ərazidə yoxlama aparılıb və müəyyən edilib ki, həmin qoxunun neft boruları, Hövsan aerasiya stansiyası və ya Bakı Sukanal İdarəsinə məxsus kanalizasiya xətləri ilə heç bir əlaqəsi yoxdur.

Belə aydın olur ki, qoxunun mənbəyi yenə illərdir həll edilməyən Hövsan açıq kanalıdır. Məsələnin nə vaxt həll ediləcəyinə gəldikdə isə, bir müddət əvvəl "Azərsu" ASC-dən məlumat verilib ki, Abşeron yarımadasının Baş planı olacaq. Həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınaraq kanalizasiya kollektorlarına yönləndiriləcək və o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            504 02.08.24 12:02