ABŞ Məxfi Xidmətinin direktoru istefa verməyəcəyini bəyan edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |    

ABŞ Məxfi Xidmətinin direktoru istefa verməyəcəyini bəyan edib

ABŞ Məxfi Xidmətinin direktoru Kim Çitl qurumun keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsdin qarşısını ala bilməməsinə baxmayaraq, istefa vermək fikrində deyil.

Median.Az xəbər verir ki, bu barədə Kim Çitl Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsində Trampa qarşı sui-qəsdlə bağlı keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer və Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Mayk Törner, eyni zamanda dinləmələrdə iştirak edən bir sıra qanunvericilər açıq şəkildə Kim Çitli Məxfi Xidmətin rəhbəri vəzifəsindən istefa verməyə çağırıblar.

“İnanıram ki, hazırda Məxfi Xidmətə rəhbərlik etmək üçün ən bacarıqlı insanam. Mən hər hansı bir təhlükəsizlik pozuntusuna görə tam məsuliyyəti öz üzərimə götürürəm. Biz araşdırmalarımızı davam etdiririk”, - Kim Çitl bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            588 22.07.24 22:30