Mojo.az Banner
12:14 Noyabr ayında 58 milyon manata yaxın qaçaqmal aşkar olunaraq götürülüb  |     12:11 Ötən ay 27 sərhəd pozucusu saxlanılıb  |     12:07 Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadan şəxs TUTULDU  |     12:06 Bakıda avtomobil sürücüsü ilə birgə yandı (Yenilənib)  |     12:04 17 yaşlı oğlan "TikTok"da bacısı ilə yazışan şəxsi küçədə bıçaqladı: Abşerondakı cinayətin TƏFƏRRÜATI  |     12:03 "Android"də 100-dən çox təhlükəsizlik boşluğu aşkarlandı  |     12:01 Restoranlarda müştəridən niyə xidmət haqqı alınır? - Video  |     11:54 Plastik torbaların qiyməti QALXDI - Video  |     11:45 Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ - Video  |     11:37 Baş nazirdən dinc dövrdə hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR  |     23:01 Tramp: "ABŞ artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir"  |     22:53 Süni intellektlə gəlir qazanmaq: Real fürsətlər və risklər  |     22:47 Bu ölkələr sərhədlərini açdı  |     22:38 Röya keçmiş əri ilə bağlı xahiş etdi  |     22:33 Macarıstanda arxeoloqlar Roma dövrünə aid daş sarkofaq tapıblar  |     22:27 Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi - Bakıda dəhşət saçan CİNAYƏT  |     22:19 “Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf  |     22:14 Bu məşhur “iPhone” modeli köhnəldi – Şirkətlə əlaqələri tam kəsildi  |     22:07 Ukrayna XİN: "Rusiya tankerinə hücumla heç bir əlaqəmiz yoxdur"  |     22:00 Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək  |    
Left Banner
Right Banner

Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

22.06.2024 14:18 1 182
Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır
ABŞ Vaşinqton və Nyu-Yorkdakı Rusiya viza mərkəzlərini bağlamaq qərarına gəlib.

Bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov açıqlama verib.

Səfirin sözlərinə görə, Rusiyanın diplomatik nümayəndəliklərinin vəziyyəti getdikcə pisləşir.

O əlavə edib ki, Hyuston və Nyu-Yorkdakı baş konsulluqlar işçi qüvvəsindən məhrum edilib, bununla belə, artan iş yükünə baxmayaraq konsulluq xidmətləri davam etdiriləcək.

Həmçinin ABŞ Rusiya diplomatlarını vergi imtiyazlarından məhrum edir.

"Onlar bizdən vergidən azad olma barədə kartımızı alıblar. Bu kartlar diplomatların hər hansı bir ölkədə yaşamasına və yerli büdcəyə vergi ödəməməsinə imkan verən imtiyazları nəzərdə tutur", - deyə səfir bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Rusiyadan olan müraciətçilərin demək olar ki, yarısına B1/B2 kateqoriyalı viza verməkdən imtina edib.скачать dle 11.3