Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ötən ay 27 sərhəd pozucusu saxlanılıb

03.12.2025 12:11 717
Ötən ay 27 sərhəd pozucusu saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2025-ci ilin noyabr ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri həyata keçirilib.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 27 nəfər saxlanılıb.

Onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı оlub.

Son xəbərlər