Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

17 yaşlı oğlan "TikTok"da bacısı ilə yazışan şəxsi küçədə bıçaqladı: Abşerondakı cinayətin TƏFƏRRÜATI

03.12.2025 12:04 378
17 yaşlı oğlan
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 17 yaşlı Nail Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Məmmədli bir il azadlıqdan məhrum edilib. O, cəzasını tərbiyə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış massivində baş verib. Hadisəyə səbəb isə zərərçəkənlə müttəhimin "TikTok" sosial şəbəkəsində mübahisəsidir.

Belə ki, qəsəbə sakini Həsən adlı şəxs "TikTok"da canlı yayım açıb və bu vaxt Nailin bacısı da ora qoşulub. Həmin vaxt Nail də "TikTok"da olub və Həsənin canlı yayımında bacısını görüb. O, bacısından Həsənin kimliyini soruşub. Bacısı isə onu şəxsən tanımadığını bildirib.

Məlum olub ki, Həsən Nailin bacısına şəxsidə də yazıb. O, dərhal Həsənin nömrəsini taparaq ona zəng edib və görüşmək istədiyini deyib. Həsən isə onu görüşmək üçün yaşadığı məhəlləyə çağırıb. Nail evdən bıçaq götürərək Həsənin yaşadığı ünvana gedib. O, öncə zərərəçəkənin qardaşını görüb və ondan Həsəni soruşub. Qardaşı evlərini Nailə göstərib. Nail həmin ünvana gələrək Həsəni küçəyə çağırıb. Küçədə söhbət zamanı onların arasında mübahisə yaranıb və Nail Həsənə əlindəki bıçaqla iki zərbə endirib, hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədli saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.скачать dle 11.3
Mojo.az Banner