Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi - Bakıda dəhşət saçan CİNAYƏT

02.12.2025 22:27 594
Rayondan gələn arvadını otelə aparıb öldürmək istədi - Bakıda dəhşət saçan CİNAYƏT
2022-ci il iyunun 3-də Bakının Nəsimi rayonundakı otellərdən birində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməşdaları əraziyə yollanır. Məlum olur ki, cinayət Lev Tolstoy küçəsi, 153 ünvanında yerləşən “Citadel” hoteldə baş verib. 5 nömrəli otaqda döşəmədə və divarda qan ləkləri, tibbi əlcək, bint, qana bulaşmış hicab baş geyimi və açılmış vəziyyətdə ov bıçağı aşkar edilib.
 
Cəlilabad rayon Polis Şöbəsinə təslim olan 1992-ci il təvəllüdlü Tərlan Abdullayev Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.
 
Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın həyatı xilas olunub.
 
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
 
Sfera.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, Rüqayyə Abdullayeva əri Tərlan Abdullayevin əsassız qısqanclıqla əlaqədar yaranmış mübahisələrindən bezdiyi üçün, 2 azyaşlı uşağı ilə birlikdə Cəlilabad rayonundan Bakı şəhərinə gəlib. Qadın 2022-ci il iyunun 2-də “WhatsApp” mobil tətbiqi ilə görüntülü danışararkən, yoldaşına otellərin birində görüşmək istədiyini və yalandan bundan sonra onunla boşanacağını deyib. Ər-arvad ayın 3-ü saat 16-da Neftçilər prospekti, 42 ünvanında yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında görüşüblər. Ordan taksi ilə Tolstoy küçəsi, 153-də fəaliyyət göstərən otelə yollanaraq, 5 nömrəli otaqda cinsi əlaqədə olublar. Saat 18:20-də Rüqayyə paltarlarını götürüb giriş qapısına doğru gedib. Bu zaman Tərlan yaxınlaşıb sol əli ilə arvadının ağzını tutaraq, geriyə çəkib və şalvarının arxa cibindən ov bıçağını çıxarıb. Bıçaqla Rüqayyənin döş qəfəsinə, boynuna və kürəyinə çoxsaylı zərbələr endirib. Qadın aktiv müqavimət göstərib qışqırdığı üçün Tərlan bıçağı otağın döşəməsinə ataraq, hadisə yerindən qaçıb. Yaralı qadın dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib və orada həyatı xilas edilib.
 
İş üzrə dindirilmiş Tərlan Abdullayev bildirib ki, Rüqayyə Abdullayeva ilə 2014-cü ildə evlənib, nikahdan 2 övladı var. 2022-ci ilin aprel ayından Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyib:
 
“Aprelin 4-də arvadımla telefonla danışarkən mübahisə etdik. Növbəti gün əmim oğlu Alim Abdullayev mənə zəng edərək, Rüqayyənin uşaqları götürüb evdən getdiyini dedi. Buna görə işdən icazə alaraq rayona yollandım, yoldaşımın özbaşına evdən çıxması ilə əlaqədar Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. May ayında arvadımın əmisi Elnur Hüseynov mənə zəng edib, Rüqayyə ilə barışmaq istəyib-istəmədiyimi soruşdu. Bundan bir neçə dəqiqə sonra yoldaşım ona mesaj yazdı. Söhbət əsnasında, qadın övladlarımı vaxtaşırı görməyimə etiraz etmədiyini bildirdi. İyunun 3-də görüşərək, otelə getdik. Qeydiyyatdan keçib, 25 manat ödəməklə 2 saatlıq otaq götürdüm. Otaqda intim əlaqədə olduq.
 
Ailəmizi bərpa etmək istədiyimi bildirsəm də, Rüqayyə münasibətimizi davam etdirmək istəmədiyini söylədi. Yaranmış mübahisə zamanı, arvadım ünvanıma söyüş söyərək, üzümə sillə vurdu. Əsəbiləşərək, arxadan Rüqayyənin ağzından tutub hamama saldım. Özümə tərəf çəksəm də, qadın mənə müqavimət göstərdi. Şalvarımın arxa sağ cibindən bıçağı çıxarıb birinci zərbəni kürəyindən vurdum. Sonrakı zərbələri hansı nahiyələrinə vurduğumu xatırlamıram. Rüqayyə çöldə olan insanları köməyə çağırdığından, bıçağı yerə ataraq, otaqdan çıxıb qaçdım. Qardaşım Nurlana zəng edərək, arvadımı bıçaqladığımı dedim. Saat 22 radələrində Cəlilabad rayonuna çataraq, polis şöbəsinə getdim və Bakıda cinayət törətməyim barədə məlumat verdim”.

 
Zərərçəkmiş Rüqayyə Abdullayeva ifadəsində göstərib ki, əri Tərlan çox qısqanc olub:
 
“Aprelin 4-də telefonla danışanda, bu davranışlarından yorulub ona ayrılmaq istədiyimi söylədim. Cavab olaraq, Tərlan məni və uşaqları öldürməklə hədələdi. 
İyunun 3-də yoldaşım yalvarışlarıma məhəl qoymayaraq, mənə bıçaqla zərbələr vurdu. Boğazımı kəsmək istəyərkən, ağzımı tutduğu əli boşa çıxdığından, qışqırıq səsimi otelin işçiləri eşitdilər. Qeydiyyatçı qız içəri girəndə, ondan təcili yardım çağırmasını xahiş etdim. Həmin xanım başqa otaqdan dəsmal gətirib kürəyimi bağladı. Kliniki Tibbi Mərkəzə çatdırılaraq, əməliyyat olundum”.
 
Məhkəmə iclasında Tərlan Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş təqsirləndirilən şəxslə barışdığını bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

 
Məhkəmə qənaətə gəlib ki, istintaq orqanı tərəfindən Abdullayevin əməlinin Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunması yanlışdır.
 
Məhkəmə onun əməlinin CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrinə tövsif olunmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edib.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tərlan Abdullayev 8 il müddətinə azadlıqdan məhrum olunub./lent

Son xəbərlər