Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü |
Mojo.az Avto
Mojo.az Avto

Qonşusuna və polis əməkdaşına xəsarət yetirən şəxsin məhkəməsi başlayıb

05.10.2018 18:31 2 254
Qonşusuna və polis əməkdaşına xəsarət yetirən şəxsin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Anar Mehtiyevin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Anar Mehtiyev aralarında baş vermiş mübahisə zəminində 33 yaşlı Fərhad Ağayevi döyərək, ona ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Ayın 22-də rayon məhkəməsinin qərarı ilə A.Mehtiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, Anar Mehtiyev şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Post-Patrul Xidməti (PPX) bölüyünün polis nəfəri Elnur Alıyevin üz nahiyəsinə yumruq zərbələri vurub. Polis əməkdaşının həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda mayın 23-də CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılıb.

F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla, Nəsimi RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi CM-nin 126.1-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda CM-nin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış oktyabrın 10-na təyin edilib.

Son xəbərlər