Mojo.az Banner
Left Banner
Right Banner

Tramp: "ABŞ artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir"

02.12.2025 23:01 471
Tramp:
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmədiyini bildirib.

Median.Az T
ASS-a istinadən xəbər verir ki o bu açıqlamanı kabinet iclasında verib.

"Bildiyiniz kimi, artıq bu müharibədə maliyyə cəhətdən iştirak etmirik. Bayden 350 milyard dolları konfet kimi paylayıb. Bu, böyük bir pul yığınıdır, əksəriyyəti nağd pul, xeyli miqdarda isə avadanlıq. Mən heç nə paylamıram.

Biz NATO-ya avadanlığı satırıq. Avropa ölkələri bizə avadanlığın dəyərinin 100%-ni ödəyirlər, sonra isə onları Ukraynaya aparır və ya istədiklərini edirlər. Biz bu vəziyyəti həll etməyə çalışırıq. Mən səkkiz müharibəni həll etmişəm. Bu, doqquzuncu müharibə olacaq", - Tramp bəyan edib.скачать dle 11.3
Mojo.az Banner