Keniyalı keşiş 191 uşağı öldürüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |    

Keniyalı keşiş 191 uşağı öldürüb

Keniyanın Malindi şəhərində məhkəmə “Yaxşı xəbərlər” dini icmasının lideri Pol Makkenzi və onun 29 şərikini 191 uşağın qətlində ittiham edib.

Məlumata görə, təqsirləndirilən şəxslərin hamısı günahlarını etiraf ediblər.

Prokuror bildirib ki, Makkenzi öz davamçılarına “cənnətə gedə bilmələri üçün özlərini və uşaqlarını ac saxlamağı” tapşırıb. Keşiş məzhəb üzvlərinə uşaqlarını məktəbə göndərməyi, xəstə olduqda xəstəxanaya getməyi qadağan edib və bu cür müəssisələri “şeytan yuvası” adlandırıb.

İcmanın üzvləri Keniyanın şərqindəki Şakahola meşəsindəki ucqar yaşayış məntəqələrində yaşayıblar. Orada 400-ə yaxın cəsəd tapılıb. İnsanların aclıqdan öldüyü müəyyən edilib.

Makkenziyə gəlincə o, ötən ilin aprelində həbs edilib. Dekabrda keşiş 12 ay müddətinə azadlıqdan məhrum edilib. İş üzrə daha 29 təqsirləndirilən şəxs martın 7-də məhkəmə qarşısına çıxmalıdır.

Mənbə: TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 287 07.02.24 11:48