Taksi sürücülərinin nəzərinə: "Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır" » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:01 Emin Rusiyadakı konsertini təxirə salır? - FOTO  |     15:00 Şimali Kipr Türk Respublikasının prezidenti Füzuli rayonuna gedib  |     14:51 Rusiyanın mobil provayderlərində "az" domenli saytlara giriş məhdudlaşdırılıb  |     14:50 Alyona Əliyeva Leyla Əliyevanı təbrik etdi - FOTO  |     14:32 Pakistanın baş naziri Azərbaycana yola düşüb  |     13:44 İsrail prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb  |     13:38 "Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar  |     13:31 Özbəkistan prezidenti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb  |     13:30 Bakıda kişi sevgilisini yanacaqdoldurma məntəqəsində döydü  |     13:30 Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |     12:18 Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib  |     12:17 Türkiyədə qəzaya uğrayan yüngülmühərrikli təyyarə tapıldı: Bir nəfər xilas edildi  |     12:16 Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan şəxs saxlanıldı (Yenilənib)  |     12:05 Bakı metropolitenində baş vermiş TERROR AKTI: 13 nəfərin həyatına son qoyan partlayış  |     12:04 Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi  |     12:03 Azərbaycan nefti bahalaşıb  |     12:02 Mənzilə dair tələbin pozulmasına görə məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub  |     11:52 ABŞ Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarına aydınlıq gətirib  |    

Taksi sürücülərinin nəzərinə: "Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır"

Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, bu məlumatlar tam əsassızdır.

"Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Bu halda sənədin saxta olub-olmaması müəyyən edilə bilər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq. Rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır”, - deyə açıqlamada qeyd olunub.

"AYNA taksi sürücülərinə yalan vədlərə aldanmamağı tövsiyə edir. Vətəndaşlara təlimlərdə iştirak etmək üçün qurumun Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət etmələri xahiş olunur”, - deyə agentlik bəyan edib.

Xatırladaq ki, "Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Bu günədək 11 min 691 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 03.11.23 21:05