Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

"Crocus City Hall"da törədilən terror aktı: İcraçılar harada, necə və nə qədər müddətə hazırlaşıblar

03.07.2025 13:38 1 128
Rusiya İstintaq Komitəsi ölkənin müasir tarixində ən qanlı terror aktlarından biri hesab edilən "Crocus City Hall" hadisəsi ilə bağlı genişmiqyaslı istintaqı başa çatdırıb.

Median.Az
-ın TASS-a istinadla verdiyi məlumata görə, cinayət işi üzrə materiallardan aydın olub ki, konsert zalına hücum edən terrorçuların hazırlığı, demək olar ki, bir il boyunca Türkiyə və Əfqanıstan ərazisində aparılıb.

İstintaqın məlumatına görə, terror aktının dörd icraçısı - Şamsiddin Fariduni, Dalerjon Mirzoyev, Muhammadsobir Fayzovun və Saidakrami Murodali Raçabalizoda 2023-cü il iyunun 1-dən 2024-cü il martın 22-dək xüsusi təlim düşərgələrində hazırlıq keçiblər. Təlim proqramı kompleks şəkildə təşkil olunub və bir neçə istiqaməti əhatə edib.

Terrorçular atıcılıq üzrə təlimlərə cəlb olunublar, partlayıcı və zəhərli maddələrin hazırlanması və tətbiqi metodlarını öyrəniblər. Xüsusi diqqət onların psixoloji hazırlığına yönəldilib - onları qorxunu dəf etməyə və ekstremal vəziyyətlərdə soyuqqanlı davranmağa alışdırıblar. Bundan əlavə, insanların sıx toplaşdığı yerlərdə terror aktı törətmək üçün zəruri taktiki vərdişlərə yiyələniblər.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi təxminən bir il davam edən əhatəli araşdırma aparıb. 30 iyun tarixində Baş Prokurorluq ittiham aktını təsdiqləyib və bundan sonra iş materialları baxılması üçün İkinci Qərb dairə hərbi məhkəməsinə göndərilib.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

Son xəbərlər