Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

"Crocus City Hall"dakı terrorçuların hücuma necə hazırlaşdıqları məlum oldu

28.07.2025 12:06 1 116
2024-cü ildə Rusiyanın Moskva vilayətində baş vermiş "Crocus City Hall" terror aktına hazırlıqla bağlı yeni faktlar üzə çıxıb.

Median.Az
-ın məlumatına görə, bu barədə TASS-ın tanış olduğu işin materiallarında qeyd olunub.

Bildirilir ki, martın 22-də Fariduni Ş. "Crocus City Hall" konsert zalındakı vəziyyəti öyrənmək məqsədilə yerli vaxtla təxminən saat 16:00-da taksi ilə ünvana gedib və konsert zalına daxil olaraq mühafizə xidmətinin mövcudluğunu, həmçinin onların müdafiə vasitələri ilə təchizatını yoxlayıb.

"Fariduni Ş. terror aktının həyata keçirilməsinin mümkünlüyünə əmin olduqdan sonra bu barədə Fayzov M.Z., Raçabalizode S.M. və Mirzoyev D.B.-yə məlumat verib", - deyə işin materiallarında qeyd olunub.

Sənəddə, həmçinin bildirilir ki, hücumun digər üç iştirakçısı konsert başlanmazdan əvvəl zala gəliblər, Fariduni onlara elə orada qoşulub.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb.

Son xəbərlər