Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:42 Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək  |     12:33 Dövlət xidməti 62 əməkdaşı barədə Baş Prokurorluğa müraciət edib  |     12:18 Yekaterinburqda həbs edilən iki azərbaycanlı məhkəmənin qərarından şikayət edib  |     12:17 Türkiyədə qəzaya uğrayan yüngülmühərrikli təyyarə tapıldı: Bir nəfər xilas edildi  |     12:16 Lənkəranda evə hücum edib qonşusunu bıçaqlayan şəxs saxlanıldı (Yenilənib)  |     12:05 Bakı metropolitenində baş vermiş TERROR AKTI: 13 nəfərin həyatına son qoyan partlayış  |     12:04 Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi  |     12:03 Azərbaycan nefti bahalaşıb  |     12:02 Mənzilə dair tələbin pozulmasına görə məcburi köçkünlərlə bağlı məhkəməyə 105 müraciət olub  |     11:52 ABŞ Ukraynaya bəzi silahların göndərilməsini dayandırmaq qərarına aydınlıq gətirib  |     11:47 Bu gün Leyla Əliyevanın DOĞUM GÜNÜDÜR  |     11:43 Şavkat Mirziyoyev: "Azərbaycan və Özbəkistan FIFA-ya birgə müraciət edəcəklər"  |     11:29 Sabiq sədr müavini vəfat etdi  |     11:17 Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib  |     23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |    

Ceyhun Bayramov iraqlı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

"Report" bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 023 12.10.21 21:47