Mojo.az Banner
23:01 Moldovalı səfirin oğlu Şuşada “Şən Azərbaycan” oxudu - Video  |     22:53 Bürc Xəlifə Azərbaycan bayrağının rənglərinə boyandı - Video  |     22:48 Bakıda 5-ci sinif şagirdi vəfat etdi  |     22:41 Ağdamda 68 yaşlı qadını ilan sancdı  |     22:35 Gəmilərə xəbərdarlıq edildi  |     22:27 Qiyməti əl yandıran bu çiyələk zərərlidir? - Video  |     22:22 Hansı çörək daha faydalıdır: Çovdar, yoxsa tam taxıl?  |     22:08 Balıq bazarında qıtlıq: Daha da bahalaşacaq? (Video)  |     22:04 Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola düşüb  |     22:02 2026-cı ildə sənədsiz evlər leqallaşa bilər? – Hansı evlərə şamil olunacaq?  |     21:42 Restoranlarda qiymət artımı davam edəcəkmi? – Ekspert proqnozu  |     21:29 Azərbaycanda elektron ödənişlərin yayılması hansı nəticələrə gətirir?  |     21:19 Bakıda böyük təhlükə: Kanalizasiya sistemi şəhərin yükünü daşımır – ÇIXIŞ YOLLARI NƏLƏRDİR?  |     20:48 Xoşqədəm “Səni axtarıram”ı yeni kanala köçürdü - Video  |     20:43 Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib  |     20:34 Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var  |     20:29 Ermənistan rusiyalı müşahidəçilərı akkreditasiya verməyib - Zaxarova  |     20:23 Azərbaycanda inflyasiya azalacaq - PROQNOZ  |     20:15 İsmayıllıda avtomobil çaya aşıb, 5 nəfər xilas edilib  |     20:10 Yumurta yemək bu xəstəliyə tutulma riskini azaldır - ARAŞDIRMA  |    
Left Banner
Right Banner

Bakıda kişi döyülərək öldürüldü

01.09.2021 17:45 3 981
Bakıda kişi döyülərək öldürüldü
Bakıda qətl hadisəsi olub.

Bu barədə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq hərəkətləri və keçirilən əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Ruslan Alyoşkin avqustun 30-u saat 01 radələrində Səbail rayonu Elçin Əzizov küçəsindəki mənzildə tanışları Marat Həmidov və Eldar Qurbanov ilə birlikdə spirtli içki qəbul etdikdən sonra Eldar Qurbanovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürüb.

Ruslan Alyoşkin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner