2026-cı ildə sənədsiz evlər leqallaşa bilər? – Hansı evlərə şamil olunacaq?
Azərbaycanda sənədsiz evlərlə bağlı “əmlak amnistiyası” mövzusu 2026-cı ildə yenidən gündəmə gəlib. Müzakirələr əsasən uzun illərdir çıxarış ala bilməyən yaşayış evlərinin leqallaşdırılması, vətəndaşların mülkiyyət hüquqlarının tanınması və kommunal problemlərin həlli ilə bağlıdır.
Bəs, 2026-cı ildə sənədsiz evlər üçün amnistiya hansı evlərə şamil oluna bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən əmlak bazarı üzrə ekspert Anar Nəsirov bildirib ki, indiyə qədər mətbuatdan da oxuduğumuz kimi, dövlət bu amnistiya məsələləri ilə bağlı hazırlıq işləri görürdü. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) sənədsiz evlər barədə çıxışı vətəndaşlar arasında ümidsizlik yaranıb.
Ekspert açıqlamasında əlavə edib ki, əgər bu amnistiya baş tutarsa, bu zaman qadağan olunmamış ərazilərdə tikilmiş evlər amnistiyadan yararlana bilər. Həmin riskli zonalarda yüksək gərginliyi olan elektrik xəttlərinin altında, dəmir yolları xətlərinin mühafizə zolaqlarında, Neft şirkətlərinin və yaxud da quyularının, neft borularının kənarında, sürüşmə zonasının kənarında tikilən evlər, böyük diametrli kanalizasiya xəttinin üzərində, toplanma yerində tikilmiş yaşayış evlər buna şamil edilməyəcək.
Torpağın kateqoriya məsələlərinə toxunan mütəxəsis qeyd edib:
“Torpağın elə kateqoriyaları var ki, amnistiyaya şamil edilməyə bilər. Çox güman ki, kənd təsərrüfatı və əkin sahəsində və bu kimi kateqoriyalarda tikilən evlərdə məskunlaşma çox olubsa, əkin üçün yer qalmayıbsa, torpağın kateqoryasını dəyişmək dövlət üçün o qədərdə çətin olmasın. Çünki burada məskunlaşma çoxdur.
A.Nəsirovun fikrincə, belə məsələlərdə təyinatı başqa məqsədlər üçün nəzərdə tutulan torpaqlarda tikilən evlərdə həmin ərazilər məskunlaşma həddindən çox olubsa, bu zaman torpağın kateqoriyası dəyişilərək yaşayış məntəqəsi torpaqlarına çevriləcək. Belə olan halda vətəndaşların çıxarış (kupça) almaları üçün hüquqi zəmin yaranacaq.
Ekspert vurğulayıb ki, əhv baş tutarsa, qadağan olunmuş ərazilərdə tikilən evlər bundan yararlanmaya bilər. Xüsusi nüanslar var ki, məsələn, köhnə və işlək olmayan elektrik xətti, sovetdən qalma dəmiryol xəttləri olarsa, bunlar nəzərə alınacaq. Və konkret olaraq bu işə kökündən baxılacaq.
“Bu gün sənədsiz evlərdə yaşayan insanlar bir çox problemlərlə rastlaşırlar. Qeydiyyata düşə bilmirlər, evi kirayə verərkən, satarkən bir çox çətinliklərlə üzləşirlər. Dövtəin verdiyi imtiyazlardan, sığortadan istifadə edə bilmirlər, arayış almaqda çətinlik çəkirlər. Evin çıxarışı (kupça) olmadığı üçün hətta dövlət tərəfindən ayrılmış imtiyazlardan istifadə etmək olmur. Xüsusi qeyd etmək istəyirəm ki, vətəndaşlar hətta komunikasiya xətlərinə qoşula bilmirlər”.
Qanunsuz evlərin həm insanlara həm də dövlətə vurulan zərərlərindən bəhs edən mütəxəsis deyib:
“2023-cü ilin 1 oktyabr ayından çıxarışı olmayan evlər suya, qaza, işığa qoşulması qadağan edilib. Bu, insanlara daha çox zərər vurur. Vətəndaşlara vurulan zərərlə yanaşı bundan dövlətə də həddindən artıq zərər vurur. Belə ki, hər il dövlət büdcəsindən milyonlarla pul az daxil olur. Çıxarış olmadığı üçün alqı-satqı zamanı dövlətə vergi, yaxud da notariat qaydada digər rüsumları ödəmirlər. Banklardan alqı-satqı zamanı xidməthaqqı barədə göstərilən rüsum, əmlak komitəsindən verilən arayış ödənişi və digər rüsumlardan yayınmış olurlar. Qanunda bildirilib ki, “əgər vətəndaş 3 il satdığı mənzildə qeydiyyatdadırsa, bu zaman çıxarış da öz adınadırsa, vergi tutulmur. Lakin vətəndaş satdığı mənzildə 3 il qeydiyyatda olmayıbsa, çıxarış başqasının adınadırsa, bu zaman vergiyə düşür. Vergilər Nazirliyinin xüsusi əmlak xəritəsi var, bu zaman bölgələrə bölünür və hər bölgənin öz qiymətinə görə vergi tutulur. Belə ki, mənzilin çıxarışda olan ümumi sahəsi yerləşdiyi əraziyə görə hesablanır və bu zaman dövlət ümumi sahənin 30 kvadratını güzəştə getməklə, qalan hissəsini hesablayaraq vergi alır. Göründüyü kimi burada da vətəndaşların hüquqi sənədi olmadığına görə, konkret olaraq notariat qaydasında alqı-satqı edə bilmədikləri üçün burada vergidən də yayınmalar baş verir. Eyni zamanda əmlak, torpaq vergisi də ödəmirlər. Çünki çıxarış olmadığı üçün əmlak olsa da yox kimi görünür. Çox zaman Bələdiyyə sənədi olsa belə, onun əmlakının çıxarışı olmadığı üçün hazırda həmin ərazı torpaq kimi görünür. Bu zaman da əmlak vergisi almaq mümkün olmur. Çünki bunun üçün hüquqi zəmin yaranmır. Digər tərəfdən bu kimi evlər sığortadan məhrum olur, kirayə verilərkən kirayə vergisi ödəmirlər və hüquqi müqavilə bağlaya bilmirlər. Təkcə Bakı şəhərini nəzərə alsaq hər il milyonlarla vəsait dövlət büdcəsinə az daxil olur. Eyni zamanda, bu evləri sənədləşdirmək dövlətə vətəndaşdan daha xeyirdir, çünki hər il milyonlara manat pul dövlət büdcəsinə az daxil olur”.
Anar Nəsirovun sözlərinə görə çıxarışı verilməyi dövlət üçün daha maraqlı olmalıdır. Çünki hər il dövlət büdcəsinə milyonlarla pul az daxil olur.
Anar Nəsirov sonda vurğulayıb ki, əgər dövlət bu məsələlərdə maraqlı olarsa, belə evləri əhv edib çıxarışla təmin edərsə, bu zaman dövlət özü də bu işdən olduqca qazanclı çıxa bilər. Həmin evləri xüsusi, simvolik rəqəmlərlə çıxarış alınması ilə evləri xüsusi mülkiyyətə çevirib vəsaitlər toplaya bilər. Belə olan halda simvolik rəqəmlər milyonlara pulun dövlət vəsaitinə daxil olmasına gətirib çıxaracaq”.
Dəniz Pənahova
Median.Az
Bəs, 2026-cı ildə sənədsiz evlər üçün amnistiya hansı evlərə şamil oluna bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən əmlak bazarı üzrə ekspert Anar Nəsirov bildirib ki, indiyə qədər mətbuatdan da oxuduğumuz kimi, dövlət bu amnistiya məsələləri ilə bağlı hazırlıq işləri görürdü. Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) sənədsiz evlər barədə çıxışı vətəndaşlar arasında ümidsizlik yaranıb.
Ekspert açıqlamasında əlavə edib ki, əgər bu amnistiya baş tutarsa, bu zaman qadağan olunmamış ərazilərdə tikilmiş evlər amnistiyadan yararlana bilər. Həmin riskli zonalarda yüksək gərginliyi olan elektrik xəttlərinin altında, dəmir yolları xətlərinin mühafizə zolaqlarında, Neft şirkətlərinin və yaxud da quyularının, neft borularının kənarında, sürüşmə zonasının kənarında tikilən evlər, böyük diametrli kanalizasiya xəttinin üzərində, toplanma yerində tikilmiş yaşayış evlər buna şamil edilməyəcək.Torpağın kateqoriya məsələlərinə toxunan mütəxəsis qeyd edib: