Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Bakıda böyük təhlükə: Kanalizasiya sistemi şəhərin yükünü daşımır – ÇIXIŞ YOLLARI NƏLƏRDİR?

28.05.2026 21:19 1 167
Bakıda böyük təhlükə: Kanalizasiya sistemi şəhərin yükünü daşımır – ÇIXIŞ YOLLARI NƏLƏRDİR?
Paytaxtda yağan intensiv yağışlar yenidən küçələri və yolları iflic edib, bir çox ərazilərdə su basmaları müşahidə olunub. Sakinlər hesab edir ki, əsas problemlərdən biri köhnəlmiş və artan yükə cavab verməyən kanalizasiya sistemidir. Mütəxəssislər şəhər infrastrukturunun illərdir sürətli urbanizasiyaya uyğun yenilənmədiyini bildirirlər. Bəs niyə hər güclü yağışdan sonra eyni mənzərə təkrarlanır? Kanalizasiya sisteminin yenilənməsi üçün hansı addımlar atılmalıdır? Şəhərin yağış sularına qarşı dayanıqlığını artırmaq üçün hansı layihələr vacibdir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, mövcud kanalizasiya sistemi yağış sularının axıdılması baxımından kifayət qədər imkanlara malik deyil və onun yenilənməsinə ciddi ehtiyac var.
Deputat qeyd edib ki, Prezident bu istiqamətdə xüsusi vəsait ayırıb və müvafiq tapşırıqlar verib:

“İndi əsas məsələ həmin tapşırıqların icrasının hansı səviyyədə həyata keçiriləcəyidir. Həqiqətən də əhali bu problemdən ciddi əziyyət çəkir. Kiçik bir yağış belə böyük problemlərə səbəb olur. Məncə, məmurlar bu istiqamətdə daha ciddi düşünməlidirlər. Bu vəziyyətin belə davam etməsi mümkün deyil”.

F.Mustafa vurğulayıb ki, insanların bu cür çətinliklərlə üzləşməsi həm vətəndaşlar, həm də dövlət üçün əlavə problemlər yaradır:

“Hər hansı bir evə və ya vətəndaşa kompensasiya ödənilməsi dövlət büdcəsindən əlavə vəsaitin xərclənməsi deməkdir. Halbuki həmin vəsait başqa sahələrə yönəldilə bilər. Ona görə də çalışmalıyıq ki, bu cür fəsadların qarşısı alınsın və vətəndaşlarımız əziyyət çəkməsin”.

Sözügedən məsələ ilə bağlı tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev də saytımıza açıqlamasında bildirib ki, Bakının mövcud kanalizasiya sistemi artıq şəhərin bugünkü tələbatına cavab vermir və problemin köklü şəkildə həlli üçün uzunmüddətli, genişmiqyaslı layihələrin həyata keçirilməsinə ehtiyac var.

Onun sözlərinə görə, paytaxtın kanalizasiya sistemi sovet dövründə, təxminən 1-1,5 milyon əhali üçün layihələndirilib və hazırda həmin infrastruktur həm fiziki, həm də texniki baxımdan köhnəlib:
“Təəssüf ki, müstəqillik dövründə kanalizasiya sisteminin yenilənməsinə əsaslı şəkildə yanaşılmayıb. Faktiki olaraq şəhər bu gün də sovet dövründən qalan kanalizasiya sistemindən istifadə edir. Halbuki artıq 35 ilə yaxındır müstəqil dövlətik və bu müddətdə Bakı bir neçə dəfə böyüyüb, əhalinin sayı əhəmiyyətli dərəcədə artıb”.

Memar qeyd edib ki, problemin həlli üçün tamamilə yeni kanalizasiya sisteminin layihələndirilməsi və mərhələli şəkildə həyata keçirilməsi vacibdir:
“Necə ki, vaxtilə Londonda yüz il əvvəl kanalizasiya sisteminə əsaslı yanaşıldı və həmin sistem bu günə qədər şəhərə xidmət edir, biz də oxşar addımlar atmalıyıq. Bunun üçün milyardlarla vəsait tələb olunur. Yeni kanalizasiya sistemi layihələndirilməli və həyata keçirilməlidir. Bu isə qısa müddətdə reallaşdırıla biləcək layihə deyil”.

E.Əliyev sonda vurğulayıb ki, belə layihələrin icrası şəhərin əsas küçələrində genişmiqyaslı qazıntı işlərinin aparılmasını tələb edir:
“Bu proses ən azı 5-6 il, bəlkə də 10-15 il davam edə biləcək uzunmüddətli layihədir. Şəhərin bir çox küçələrində qazıntılar aparılmalı, yeni kommunikasiya xətləri çəkilməlidir. Təbii ki, bu da müəyyən narahatlıqlar yaradacaq. Məhz buna görə bir çox hallarda məsələ müvəqqəti həll yolları ilə aradan qaldırılır, əsaslı həll isə sonraya saxlanılır. Çünki belə geniş layihələr həyata keçirilərkən sakinlərin narazılığı da qaçılmaz olur”.скачать dle 11.3
Mojo.az Banner