AVRO-2020-də Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

AVRO-2020-də Eriksenin həyatını xilas edənlər mükafatlandırıldı

Çempionlar Liqasının 2021/22 mövsümünün qrup mərhələsinin püşkatması prezident mükafatının təqdimatı ilə başlayıb.

Qurumun prezidenti Aleksandar Çeferin AVRO-2020-nin oyunu zamanı huşunu itirən Kristian Erikseni xilas edən həkimləri mükafatlandırıb.

Meydanda ona yardım edən həkimlər Moqens Kroytsfeldt, Frederik Flensted, Anders Boesen, Peder Ersqor, UEFA-nın arenadakı həkimi Yens Kleynefeld, Valentin Velikov, Danimarka yığmasının həkimləri Morten Skyoldaqer və Morten Boesen mükafat alıb. Millinin kapitanı Simon Kyaerin özünü komanda yoldaşına yetirib ilk yardımı etməsi də diqqətdən kənar qalmayıb və o da mükafatlandırılıb.

Xatırladaq ki, Kristian Eriksen Finlandiya ilə qrupda ilk turun oyununda (0:1) huşunu itirərək yerə yıxılıb. Daha sonra o, xəstəxanaya aparılıb və bir daha oyunlara çıxmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            666 26.08.21 21:06