Azərbaycanlı dünya çempionu peşəkar boksa keçmək istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Azərbaycanlı dünya çempionu peşəkar boksa keçmək istəyir

Azərbaycan boksçusu Cavid Çələbiyevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Bu barədə 29 yaşlı idmançı açıqlamasında məlumat verib.

63 kq çəki dərəcəsində çıxış edən idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında sonra həvəskar boksla vidalaşmaq istədiyini bildirib."Növbəti olimpiadaya 3 il qalıb. Elə yaşda deyiləm ki, indi idmandan gedim. Hazırda 30-35 yaşlı idmançılar var ki, həvəskar boksda iştirak edirlər. Mən də bu gücü özümdə hiss edirəm. Hər idmançının arzusu var. Mənim də ən böyük arzum olimpiada medalı qazanmaqdır. Tokioda qismət olmadı. Necə lazımdırsa məşq edib hazırlaşacağam və 2024-cü ildə Paris olimpiadasında döyüşəcəyəm. İnanıram ki, həmin vaxt medal qazana biləcəyəm. Parisdəki yarışdan sonra yəqin ki, həvəskar boksu başa vuracağam".

Dünya çempionu 2024-cü ildən sonra peşəkar boks haqqında fikirləşə biləcəyini sözlərinə əlavə edib: "Əgər sağlamlıq yol versə və vəziyyətim yaxşı olsa, peşəkar boksa keçə bilərəm. Amma indidən nəsə demək düzgün olmaz".

Qeyd edək ki, Cavid Çələbiyev 2013-cü ildə Qazaxıstanın Almatı şəhərində dünya çempionu olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşündə məğlubiyyətlə üzləşib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 10.08.21 19:13