Qurban Qurbanov: "Kiprdə heç nədən çəkinmirdik" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Qurban Qurbanov: "Kiprdə heç nədən çəkinmirdik"

"Bunlar dünya futbolunda təkrar olunan hallardır. Bu cür hadisələrlə həmişə üzləşmişik. Kipr təmsilçiləri ilə Azərbaycan klublarının oyunlarında çox vaxt qarşıdurmalar olub. Mən buna idman prinsipi kimi yanaşıram"

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə AEL-lə 1:1 hesablı heç-heçə etdikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda yaşananlar haqqında jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis matçın əvvəlində artıq insident baş verdiyini xatırladıb: "Bizim köməkçi məşqçilərlə və futbolçularla azarkeşlər arasında qarşıdurma yaşandı. UEFA nümayəndəsinə də bildirildi ki, vəziyyət bir o qədər də yaxşı deyil. Amma sonda elə oldu ki, bir az sakitləşdilər. Oyun ərzində xoşagəlməz ifadələr eşidirdik. Buna baxmayaraq səbrli və təmkinli idik. Fikrimiz, diqqətimiz qarşılaşmaya yönəlmişdi. Bərabərlik qolundan sonra isə ara bir az da qarışdı".

Təcrübəli baş məşqçi bildirib ki, futbolçular da emosiyalarını qoruyub saxlaya bilməyiblər: "Sevincləri həddindən artıq çox oldu və bu, azarkeşləri qıcıqlandırdı. Bəzən biz məşqçilər də aqresiyamızı göstəririk və saxlaya bilmirik. Hər halda heç nədən çəkinmirdik. Ancaq oyunu fikirləşirdik. Bəzən belə hallar futbolçuların böyüməsinə, vətənə sevgisinin artmasına faydalı olur. Mən dünən bir daha bunun şahidi oldum. Hansısa cəza ala bilərik. Futbolçular 3-5 oyunluq cəzalana bilər, amma bunlar onların böyüməsinə fayda verir".

Qurbanov transfer məsələləri ilə bağlı da danışıb və bir neçə futbolçu ilə danışıq apardıqlarını söyləyib: "Son vaxtlar hər gün futbolçu almağa ümidimiz olub. Bu axşam, sabah "hə" və ya "yox" cavabı verə bilərlər. Danışıqlar çox ciddi formada gedir. Oyunçu götürmək istəyirik. Amma hələ ki, gözləyirik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 06.08.21 19:29