İrina Kindzerska: "İdmançının həyat yoldaşı olmaq asan deyil" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

İrina Kindzerska: "İdmançının həyat yoldaşı olmaq asan deyil"

"Olimpiada elə yarışdır ki, orada öncədən heç nəyi təxmin etmək olmur. Çünki bəzən çox gözlənilməz hadisələr baş verir".

Bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Milli Olimpiya Komitəsinə müsahibəsində deyib.

78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bəzi hallarda favoritlərin ilk görüşlərdə məğlub olduğunu bildirib: "Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ilk "3-lüy"ə düşə bilməyən idmançılar da qalib gələ bilir. Buna görə də həmişə risk var idi. Lakin olimpiadalarda iştirak edərkən özünü medal qazanmağa və qələbəyə kökləyirsən".

Kindzerska Azərbaycanda qadınlar arasında bu idman növünün elə populyar olmadığını sözlərinə əlavə edib: "Ola bilsin ki, verəcəyim təkan bu idman növündə Olimpiya oyunlarında medal qazana biləcəyimizin göstəricisi olar və uzun müddət cüdo ilə məşğul olub qorxanları ilhamlandırar. Onlar da məndən sonda Avropa, dünya və ya olimpiya çempionu olmağa güc taparlar".

Ukraynalı legioner həyat yoldaşının azərbaycanlı olduğunu xatırladıb: "Bunun üçün çox şadam. Çünki nəticələrdən asılı olmayaraq qalib gəlsəm də, məğlub olsam da, həmişə mənə dəstək olub. Həmişə inanıb, məşqçimlə söhbət edib, birlikdə işləyiblər. Heç vaxt elə olmayıb ki, mən evdə bir ssenari ilə məşq edim, məşqçi isə ayrı. Onlar məşq proqramını birlikdə hazırlayırdılar. Hamımız buna uyğun hərəkət edirdik. Təbii ki, idmançının həyat yoldaşı olmaq asan deyil. Bəzi anlarda əsəblər tap gətirmir. Amma həyat yoldaşıma minnətdaram ki, məni həmişə dəstəkləyib və mənə inanıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 05.08.21 20:45