Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

COVID-19 peyvəndləri uşaqlarda istifadə üçün təsdiqlənməyib - ÜST

21.06.2021 23:55 2 454
COVID-19 peyvəndləri uşaqlarda istifadə üçün təsdiqlənməyib - ÜST
""Moderna”, ”Novavax”, ”Sinovac” və ”J&J” peyvənd istehsalçıları bu yaxınlarda uşaqlar üzərində peyvəndlərin sınağına başlayıb".

Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, ÜST uşaqlarda peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün kifayət qədər sübut olduqda tövsiyələrini yeniləyəcək:

"İndiyə qədər ÜST-ün fövqəladə hallarda istifadə siyahısına daxil olan heç bir COVID-19 peyvəndi uşaqların istifadəsi üçün təsdiqlənməyib. Təsdiq olunarsa, yanaşı xəstəliklər nəzərə alınmaqla, uşaqların peyvənd olunması üçün aydın bir yol xəritəsi veriləcək. Hazırda yanaşı xəstəlikləri olmayan uşaqların peyvənd olunmasından öncə, peyvəndlərin dünyada ədalətli şəkildə paylanmasına diqqət yetirilməlidir", - deyə ÜST-dən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Çində 3-17 yaşlı uşaqların peyvənd olunmasında “Sinovac Biotech” şirkətinin “CoronaVac” vaksinin istifadəsinə icazə verilib. Şirkətdən bildirilib ki, “CoronaVac” peyvəndinin 3-17 yaş qrupunda kliniki sınaqların araşdırmaları həmin yaş qrupu üzrə təhlükəsizliyinin böyüklərdəki kimi olduğunu göstərib. Belə ki, “CoronaVac” peyvəndi vurulan yetkinlik yaşına çatmayanların bədənində böyüklərdə olduğu qədər anticisim yaranıb. (apa)скачать dle 11.3
Mojo.az Banner