Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı |
Mojo.az Avto
Mojo.az Avto

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO

12.09.2026 20:43 414
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO
“Prezident İlham Əliyevin siyasətinin nəticəsində biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, canlanır və ölkəmizin, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir”.

Median.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə keçirilən Bal Festivalında çıxışı zamanı deyib.

Hikmət Hacıyev çıxışında 1993-cü ildə Kəlbəcər sakinlərinin doğma yurdlarından didərgin düşdükləri günləri də xatırladıb.

“Mən 1993-cü ilin o qanlı-qadalı günlərini, yaşım az olsa da – təqribən 13-14 yaşım var idi – çox yaxşı xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, paltarsız, qidasız halda ilk üz tutduqları yerlərdən biri məhz Gəncə şəhəri idi. O zaman onların yerləşdirildiyi ilk məntəqələrdən biri də Gəncə şəhərindəki Texnologiya Universitetinin yataqxanası idi. Bizim evimiz də həmin ərazinin yaxınlığında yerləşirdi”, – Prezidentin köməkçisi bildirib.

Hikmət Hacıyev həmin günləri hələ də böyük faciə hissi ilə xatırladığını vurğulayıb.

“Yenə də deyirəm, yaşımın az olmasına baxmayaraq, Kəlbəcər sakinlərinin böyük və ağır əzablardan keçərək, Ömər aşırımını o qanlı-qadalı günlərdə ayaqyalın, başıaçıq adlayıb Gəncə şəhərinə pənah gətirmələri yaddaşımdadır”, – o qeyd edib.

Hikmət Hacıyev bildirib ki, bundan sonra da Prezident İlham Əliyevin siyasətinin nəticəsində Kəlbəcərdə daha böyük işlər görüləcək:

“Mən bu münasibətlə bütün kəlbəcərliləri təbrik edirəm. Bizi qonaqpərvərliklə qəbul etdiyinizə, dünyanın müxtəlif ölkələrindən gələn diplomatları da həmişə kəlbəcərlilərə layiq qonaqpərvərliklə qarşıladığınıza görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Bundan sonra biz yenə gələcəyik. Amma bundan sonra burada yalnız toylara, xeyir işlərə gələcəyik”, – deyə Hikmət Hacıyev vurğulayıb.//apa.az

Son xəbərlər