Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi

12.09.2026 21:18 372
Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi
7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Həftə çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2 700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.

Tədbirlərdə dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektor və akademik dairələrin nümayəndələri də iştirak edib.

UNFCCC-nin İqlim Həftəsi çərçivəsində Tərəflər Konfransının qərarlarından irəli gələn beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas, həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC-nin İcra Forumu çərçivəsində bir sıra sessiyalar keçirilib.

Paralel olaraq təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq, eləcə də digər aktual mövzular üzrə Azərbaycan tərəfindən ümumilikdə 37 tədbir təşkil edilib.

Bununla yanaşı, COP30-da qəbul edilmiş müvafiq mandata uyğun olaraq, COP29, COP30 və COP31 sədrliyini həyata keçirən Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planlarının (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası ilə bağlı "Belém Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur.

2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.//report

Son xəbərlər