Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib

12.09.2026 20:05 363
Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2700 nümayəndə iştirak edib
Sentyabrın 7-11-də Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bakı İqlim Fəaliyyəti Həftəsi keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) bu tədbirlərin yekunu ilə bağlı verilən məlumata görə, həftə çərçivəsində ümumilikdə 68 tədbir təşkil olunub, 140-dan çox ölkədən 2700-dək nümayəndə iştirak üçün qeydiyyatdan keçib.

Tədbirlərdə dövlətlərin nümayəndə heyətləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, özəl sektor və akademik dairələrin nümayəndələri də iştirak ediblər.

UNFCCC-nin İqlim Həftəsi çərçivəsində Tərəflər Konfransının qərarlarından irəli gələn beynəlxalq iqlim gündəliyinin müxtəlif istiqamətləri üzrə 8 mandatlı iclas, həmçinin COP30 və COP31 sədrliyinin tədbirləri və UNFCCC-nin İcra Forumu çərçivəsində bir sıra sessiyalar keçirilib.

Paralel olaraq təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə uyğun olaraq, eləcə də digər aktual mövzular üzrə Azərbaycan tərəfindən ümumilikdə 37 tədbir təşkil edilib.

Bununla yanaşı, COP30-da qəbul edilmiş müvafiq mandata uyğun olaraq, COP29, COP30 və COP31 sədrliyini həyata keçirən Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın iştirakı ilə Milli Adaptasiya Planlarının (NAP) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) icrası ilə bağlı "Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib.

Qeyd edək ki, UNFCCC İqlim Həftələrinə ev sahibliyi BMT-nin regional qrupları arasında rotasiya prinsipi əsasında təşkil olunur. 2026-cı ildə keçirilmiş iki UNFCCC İqlim Həftəsindən birincisi cari ilin aprel ayında Asiya və Sakit Okean regionunda Koreya Respublikasında, ikincisi isə Şərqi Avropa regionunda Azərbaycanda təşkil edilib.

Son xəbərlər