Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:29 Texasda daşqınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb  |     18:22 Beyləqanda hündürlükdən yıxılan ustalardan biri ölüb  |     18:13 Metronun "20 Yanvar" stansiyasının yaxınlığında YANĞIN başlayıb  |     18:00 Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya gəlib  |     17:33 Peskov Rusiya-Azərbaycan münasibətlərindən danışdı  |     17:31 Bəzi rayonlara leysan yağacaq, sel keçəcəyi gözlənilir - XƏBƏRDARLIQ  |     17:08 Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum etdilər  |     16:56 Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı  |     16:45 Oğuzda ağac kəsiminə görə cinayət işi başladı  |     16:43 Bakıda kanaldan meyit tapıldı  |     16:41 Prezident Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin etdi  |     16:24 Azərbaycanın ən böyük şəhərlərindən birində İKİ GÜN QAZ OLMAYACAQ  |     16:23 Bakıda qadın göl kənarında xüsusi amansızlıqla öldürüldü: Əri saxlanıldı  |     16:21 Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI  |     16:06 Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi  |     16:00 Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ  |     15:52 Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı  |     13:25 Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib - FOTO  |     13:22 Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar  |     13:15 Son dövrlərdə körpələrə hansı QƏRİBƏ ADLAR qoyulub?  |    

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.

Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra Müdafiə naziri şəxsi heyətlə birgə nahar edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunun hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 214 15.05.21 14:51