Mojo.az Banner
21:53 Elvin üçün "Qarabağ"a 3 milyon avroluq təklif gəlib?  |     21:38 Azərbaycanda yumurtanın qiyməti bu tarixdən UCUZLAŞACAQ  |     21:35 Moskva məhkəməsi Filipp Kirkorova mülklərini saxlamağa icazə verdi  |     20:41 Türkiyədə silahlı şəxs müəllimə hücum etdi  |     20:28 Azərbaycanda cinayət törədən uşaqlar: hər il 400-dən çox...  |     20:28 ARB telekanalının yayımı 24 saatlıq dayandırılacaq - QƏRAR  |     20:03 "Qanunsuz ayrılmış 3 min hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılıb"  |     19:55 Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yoxlanılıb  |     19:44 Bakıda 10 milyon dollarlıq dələduzluqda ittiham olunan çinli iş adamına "stop" qoyuldu  |     19:27 DİN əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR (Video)  |     19:10 Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR  |     18:56 Elşad Quluyev vəzifəsindən azad edildi  |     18:43 Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər  |     18:41 Bu istiqamtə də marşrutların hərəkət sxemləri dəyişir  |     18:22 Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT  |     18:04 Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı – TƏFƏRRÜAT  |     17:51 General-leytenant bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir  |     17:42 İcra başçısı 66 yaşında baş memar təyin etdi  |     17:31 ABŞ-də miqrantlara qarşı YENİ DALĞA - 1,6 milyon əcnəbi deportasiya təhlükəsi ilə üzləşib  |     17:21 Günəşdə güclü partlayış baş verib  |    
Left Banner
Right Banner

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub - YENİLƏNİB

10.05.2021 19:42 1 320
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub - YENİLƏNİB
Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Dövlətimizin başçısı hospitalda yaradılan şəraitlə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.

Bildirildi ki, 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeçiliyinə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma, soyutma, elektrik və su sistemləri ilə təchiz olunub.

скачать dle 11.3
Mojo.az Banner