Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

General-leytenant bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir

13.02.2026 17:51 669
General-leytenant bağını satdı, məhkəməlik oldu - Ayaz Həsənov alıcını aldatmaqda ittiham edilir
Nəsimi Rayon Məhkəməsində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq müavini -Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Oxu.Az-ın məlumatına görə, hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə generalın anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı Rafiq Abbasov iddianı əsaslandırıb.

O bildirib ki, təqaüdə çıxdıqdan sonra bağ evi almaq istəyib və bu məqsədlə maklerlərlə əlaqə saxlayıb:

"Ayaz Həsənova məxsus evə baxdıq, bəzi çatışmazlıqlar var idi. Yay mətbəxinə, quyuya da diqqət yetirdik. Həyətdəki tikililər təmirsiz idi. Sonra hovuzla da bağlı problemlər ortaya çıxdı. Sonradan məlum oldu ki, həyətdəki quyu qonşu ilə ortaqdır. Amma bu barədə mənə məlumat verilməmişdi. Ayaz Həsənov çatışmazlıqları aradan qaldıracağına söz verdi, razılaşdıq. Usta çağırıb, təmir qiymətləri ilə maraqlandım və bu barədə Ayaz Həsənova məlumat verdim. O isə verdiyi sözü tutmadı. Dedi ki, bu barədə onu narahat etməyim".

Prosesdə çıxış edən cavabdeh Ayaz Həsənov bildirib ki, pula ehtiyacı olduğu üçün Novxanıda olan bağ evini satmaq qərarına gəlib:

"Bunun üçün bir neçə vasitəçiyə müraciət etdim, həmçinin alqı-satqı saytlarına elan yerləşdirdim. Sonra əmlakçı müştəri olduğunu dedi. İcazə verdim, gedib evə baxdılar. Bir neçə saat sonra vasitəçi zəng edib dedi ki, ev xoşlarına gəlib, sadəcə, məbləğ çoxdur. Sonra makler dedi ki, Rafiq müəllim evi almaq istəyir. Səhəri görüşdük, razılaşdıq. Beh verdi və biz notariusda müqavilə imzaladıq. Bir ay müddətinə evi boşaldıb ona təhvil verdim. Hovuzdakı problemə gəldikdə isə mozaikada çatışmazlıq var idi. Usta çağırdıq, dedi ki, boya vurub həll etmək olar. Belə də etdik. Sonra hovuzu da su ilə mən doldurdum".

İddiaçı isə əlavə edib ki, qarşı tərəf evin təmiri ilə bağlı verdiyi sözü yerinə yetirməyib.

Ayaz Həsənov prosesə əmlakçı və mühafizəçinin çağırılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

Xatırladaq general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır. Həsənov 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

Son xəbərlər