Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

23.11.2023 13:42 1 815
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası dekabrın 4-nə təyin edilib.

Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib.

T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Son xəbərlər