Mojo.az Banner
20:06 Samuxda qarayara xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilir  |     19:57 Əli Baxışov Avropa çempionatında ikinci oldu  |     19:45 Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib  |     19:33 Bakıda sürücü idarəetməni itirdi: Avtomobil aşaraq tərsinə çevrildi - VİDEO  |     19:24 Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:14 Avropa ölkəsində uşaqlara PUA-dan istifadənin öyrədilməsinə başlandı  |     19:06 Reperin qətli müxalifəti yeraltına çəkdi - Afrika ölkəsində nə baş verir?  |     18:57 Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz TƏMİR OLUNACAQ  |     18:54 Vəzifəli şəxslər cərimələndi  |     18:49 Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi - Oğlu şübhəli bilinir  |     18:47 Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO  |     18:32 Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir  |     18:30 Xocavənddə mina partlayışı: Xəsarət alan var  |     18:17 Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi  |     18:10 İsveçdə məktəbə silahlı hücum: Xəsarət alanlar var  |     18:00 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:39 UEFA və KONKAKAF birgə Millətlər Liqasının yaradılmasını müzakirə edir  |     17:30 Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)  |     17:12 Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib  |     16:55 Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi  |    
Left Banner
Right Banner

Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi

09.02.2026 20:46 537
Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı məhkəməyə müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, onunla bağlı mülki iddia qaldırılıb. İddiaya Bakıda məhkəmələrin birində baxılacaq. İddia icraata götürülüb. Məhkəmənin hazırlıq iclası fevralın 13-nə təyin edilib.

Sabiq Baş Qərargah rəisinin müavini Ayaz Həsənovun ev alqı-satqısı ilə bağlı verdiyi sözə əməl etmədiyi iddia olunur. Belə ki, o, Novxanıda yerləşən bağ evini satarkən evi təmir edəcəyini desə də, verdiyi sözə əməl etməyib. Alıcı Ayaz Həsənova bununla bağlı bir neçə dəfə müraciət etsə də, müsbət cavab ala bilməyib. Ona görə də alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edilib. Hazırlıq iclasında general-leytenantın əmlaklarına həbs qoyulması ilə bağlı vəsatətin veriləcəyi gözlənilir.

Qeyd edək ki, general-leytenant Ayaz Həsənov 2017-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il iyulun 23-də vəzifəsindən azad edilib.

O, Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı kimi tanınır.скачать dle 11.3
Mojo.az Banner