Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər

13.02.2026 18:43 531
Çindən məhsul sifariş edənlərin NƏZƏRİNƏ: Bağlamalar ləngiyə bilər
Çindən ölkəmizə poçt göndərişlərinin və bağlamaların çatdırılmasında müvəqqəti ləngimələrin, eləcə də fasilələrin olması ehtimal edilir.

Bu xəbərdarlığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) yayıb.

Agentliyin açıqlamasına əsasən, Çində qeyd olunan bayramlarla əlaqədar olaraq fevral ayının 15-dən 23-nə qədər olan müddət rəsmi şəkildə qeyri-iş günləri hesab olunur.

"Sözügedən tarixlərdə Çin ərazisindəki anbarların böyük hissəsinin iş qrafikində məhdudiyyətlər tətbiq ediləcək. Bu səbəbdən də, bağlamaların Azərbaycana yola salınmasında müəyyən fasilələrin və gecikmələrin yaranması mümkündür. Daşıma və göndəriş proseslərinin bayram günləri bitdikdən sonra mərhələli şəkildə əvvəlki qaydada bərpa ediləcəyi proqnozlaşdırılır. Vətəndaşlara sifarişlərini həyata keçirərkən bu amilləri diqqətə almaları məsləhət görülür", - deyə İKTA-nın bəyanatında vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner