Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR

13.02.2026 19:10 567
Tütün qaçaqmalçılığında adları hallanan vəzifəli şəxslərin məhkəməsində GÖZLƏNİLMƏZ QƏRAR
Qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi və irimiqyaslı rüşvətxorluq əməllərində ittiham edilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları - Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev, eləcə də həmin idarəyə təhkim edilmiş "Azərterminalkompleks" Birliyinin kinoloqu Asif Hacımuradov, həmçinin Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Cəfər Rafie Rezaiannın işi üzrə məhkəmə dinləməsi baş tutub.

Oxu.Az-ın məlumatına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi altında keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin vəkilləri prosesin qapalı rejimdə aparılması barədə vəsatət qaldırıblar.

Müşavirədən sonra məhkəmə heyəti prosesin tam qapalı keçirilməsinə razılıq verməsə də, iclasda iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin zalı tərk etməsini tələb edib.

Məhkəmə prosesində keçmiş gömrük əməkdaşlarına ittiham aktının elan olunması nəzərdə tutulurdu.

İstintaq materiallarına əsasən, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və kinoloq Asif Hacımuradovun vətəndaşlar Etibar Hatəmli və İranlı Cəfər Rezaian ilə cinayət əlaqəsinə girdikləri müəyyən edilib. İttihama görə, onlar xidməti səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət qarşılığında Cəfər Rezaianın İranda idarə etdiyi sərnişin avtobusunda gizlədilən malların ölkəyə buraxılmasına şərait yaradıblar. Həmin nəqliyyat vasitəsinin yük yerində ümumi dəyəri 410 min manat olan, tərkibində güclü təsiredici və psixotrop maddələr olan dərman preparatları, eləcə də Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar yolla qaçaqmalçılığı təmin edilib.

Qeyd edilən şəxslərdən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan tədbiri, Cəfər Rezaian haqqında isə fərqli qətimkan tədbiri seçilib.

Toplanmış sübutlara istinadən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Etibar Hatəmli Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Cəfər Rezaian isə müvafiq olaraq 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.

Son xəbərlər