İraqda 60 İŞİD terrorçusu məhv edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Azərbaycanla Ukraynanın nəqliyyat və yükdaşımalar sahələrində əməkdaşlığı müzakirə edilib - FOTO  |     23:49 Qərb bölgəsində vaksinasiya prosesi davam edir - VİDEO  |     23:42 Hərbi Qənimətlər Parkına giriş pulludur? - AÇIQLAMA  |     23:34 Rusiya NATO-ya cavab olaraq bu addımı atdı  |     23:24 “Google” öz prosessorunu istehsal edəcək  |     23:16 Bakı yenidən gimnastika yarışlarını qəbul edir  |     23:13 İran uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayır  |     23:07 Elşad Hacıyev: “Toy məclislərinin keçirilməsinə dair anonim zənglər daxil olur”  |     23:00 Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü vəfat edib – FOTO  |     22:53 Şəmkirin icra başçısının birinci müavini vəzifəsindən azad olunub  |     22:43 Cəlilabadda iki minik avtomobili toqquşub  |     22:30 Ramazanın ilk gününün duası, imsak və iftar vaxtı - FOTO  |     22:20 Yol polisi İsmayıllıda reyd keçirib – FOTO  |     22:16 İdman zalları açıla bilərmi? - AÇIQLAMA  |     22:12 Navalnı Quran kitabına görə cəzaçəkmə müəssisəsini məhkəməyə verib – FOTO  |     22:09 Ramazan ayının ilk 2 həftəsi qismən məhdudlaşma tətbiq olunacaq  |     22:01 Toylarla bağlı açıqlama-Şad xəbər  |     21:51 Banan yox olma təhlükəsi ilə üzləşib  |     21:35 İnstaqramda problem yaranıb  |     21:28 Bu tibb işçiləri ilə bağlı mühüm qərar - Müddət uzadıldı  |    

İraqda 60 İŞİD terrorçusu məhv edilib
İraqın antiterror xüsusi xidmət orqanları tərəfindən ölkənin şimal-şərqində yerləşən Hamrin dağlarında keçirilən əməliyyat zamanı 60 İŞİD terrorçusu zərərsizləşdirilib.

Median.Az
"Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələri Baş komandanının mətbuat katibi Yəhya Rəsul məlumat verib.

Martın 9-dan bəri iki həftədir ölkənin şimalındakı dağlıq Mahmur bölgəsində terrorçulara qarşı əməliyyat keçirilib və bu müddət ərzində silahlıların istifadə etdiyi 120 mağara və digər obyektlər məhv edilib, 27 terrorçu zərərsizləşdirilib.

Mətbuat katibinin sözlərinə görə, Mahmur bölgəsindəki xüsusi əməliyyatlar nəticəsində silahlılar Hamrin dağlarına köçüb. Terrorla mübarizə rəsmiləri hərəkətlərini izləyib, yeni silahlı sığınacaqlar tapıb və məlumatları Hava Qüvvələrinə ötürüb. Martın 25-i isə həmin mövqelərə İraq HHQ tərəfindən zərbələr endirilib.

"Bu gün, 7 aprel 2021-ci il tarixində məhz bu zərbələr nəticəsində 60 terrorçunun məhv edildiyini təsdiqləyirik”,- deyə açıqlamada əlavə olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 07.04.21 16:36