Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət məqsədləri açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |    

Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyət məqsədləri açıqlandı

“Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti yenidənqurma və bərpa işlərini, məskunlaşma, regionda iqtisadi inkişaf, məcburi köçkünlərimizin geri qayıdışı ilə mühitin bərqərar olmasını təşkil edəcək”.

Bunu Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Fondun fəaliyyət məqsədləri haqqında məlumat verərkən deyib.

“Əsas işimiz bu istiqamətə yönələcək. Xüsusilə də, biz regionun iqtisadi potensialını da canlandırmalıyıq. Fondun başqa bir istiqaməti də həm yerli, həm də xarici sərmayələrin, investorların regiona cəlb olunması, bunun üçün müvafiq mühitin yaradılmasıdır”, - deyə o bildirib.

F. Yıldırım qeyd edib ki, artıq Fond çoxşaxəli prosesləri əhatə edəcək proqram üzərində çalışır:

“Proqram və Fondun nizamnaməsi təsdiq olunduqdan sonra bütün hesab nömrələri ictimaiyyətə açıqlanacaq. Regionda yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi uzunmüddətli proses olacaq və Fondun yaradılmasında əsas məqsəd də prosesi sürətləndirməkdən ibarətdir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 860 07.01.21 15:03