Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |    

Ermənilər sosial şəbəkələrdə azərbaycanlı adı ilə təxribata başladılar - FOTO

Xəbər verdiyimiz kimi, ötən gecədən etibarən Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, ermənilər sosial şəbəkə vasitəsi ilə Azərbaycan dilində mesajlar yazmağa və hərbi sirri əldə etməyə çalışır. Uğur Rzayev adlı şəxs ona ermənidən gələn mesajı saytımıza belə şərh edib:

“Öncə Ranar Cabbarov adlı şəxsdən mesaj gəldi. Azərbaycanlı olduğunu bildirib, cəbhədə vəziyyətin necə olduğunu soruşdu. Daha sonra “Ermənistana hücum olacaqmı?” sualını verdi. Onun erməni olduğunu başa düşüb, söyüb bloka atdım. Yenidən ona mesaj yazmaq istəyirdim deyə, blokdan çıxartdım. Çıxartdıqda isə həmin şəxsin adı Berik Koçaryan yazılmışdı. Xahiş edirəm, bir azərbaycanlı kimi, bütün Azərbaycan xalqı bir olaq, oyaq olaq, düşəmənə hərbi sirr verməyək”.

Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı heç bir şərh və mesaj yazmamalarını tövsiyə edirik.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 732 21.09.20 23:36