Mojo.az Banner
15:51 Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA (Yenilənib)  |     15:36 "Qarabağ"ın Avroliqadakı növbəti potensial rəqibləri müəyyənləşdi  |     15:34 Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir  |     14:49 Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM  |     14:42 Azərbaycanda qeyri-rezident təchizatçılar icra və avans təminatı öhdəliklərindən azad edildi  |     14:31 Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ  |     14:06 İstilik qurğularının quraşdırılması qaydaları təsdiqlənib  |     12:56 Sahil qəsəbəsində çimərlikdə 24 yaşlı şəxs BOĞULDU  |     12:39 Yer kürəsində maqnit qasırğası gözlənilir  |     12:25 Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi - Video  |     12:17 Bu gün klublarımızın avroliqadakı növbəti rəqibləri bəlli olacaq  |     12:01 Agentliyin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU  |     11:56 Argentina qapıçısı tarixə düşdü: 11 zərbəni dəf etdi  |     11:45 Cəlilabadda avtomobil uşağı vurdu  |     11:30 Rusiyada güclü zəlzələ oldu  |     11:28 Rayonlarda leysan yağır - FAKTİKİ HAVA  |     11:17 "Brent" markalı neftin qiyməti 90 dolları keçdi  |     23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |    
Left Banner
Right Banner

Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTO

12.08.2020 21:40 1 407
Xəzərin mühafizəsində birgə olmalıyıq - FOTO
“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi işləri davam edir.

Oxu.Az xəbər verir ki, belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Abşeron Milli Parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlığı gücləndirməkdir.

Karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən aksiyada ETSN-nin, Xəzər televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak edib.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının bərpasına və mühafizəsinə diqqət çəkən aksiya zamanı 10 hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

“Xəzər günü”nə həsr olunmuş tədbir sonra Abşeron Milli Parkında davam edib.

Burada iştirakçılara “Özün yarat” müsabiqəsinin yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri, təbii resurslardan alınan təbiət kollajları nümayiş etdirilib.
Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

скачать dle 11.3
Mojo.az Banner