Azərbaycanda növbəti həftəsonu məhdudiyyətləri: İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |    

Azərbaycanda növbəti həftəsonu məhdudiyyətləri: İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı - VİDEO

Ötən gecədən etibarən xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

İlk belə məhdudiyyət ötən həftəsonu, yəni 4 iyul, saat 00:00-dan 6 iyul saat 06:00-dək tətbiq edilib. Növbəti məhdudiyyət isə gələn həftəsonu, yəni 18 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək nəzərdə tutulub.

Qeyd edək ki, operativ qərargahın qərarı ilə sözügedən şəhər və rayonlarda xüsusi karantin rejimi 5 iyul, saat 06:00-dan 20 iyul, saat 06:00-dək uzadılıb.

Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırılıb.

Daha ətraflı Baku TV-nin süjetində:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 371 11.07.20 14:16