Mojo.az Banner
13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |    
Left Banner
Right Banner

Koronavirus testi verməyən şəxsə “müsbət cavab” SMS-i gəldi - TƏBİB-dən AÇIQLAMA

30.06.2020 17:09 2 391
Koronavirus testi verməyən şəxsə “müsbət cavab” SMS-i gəldi - TƏBİB-dən AÇIQLAMA
“Ola bilər ki, əlaqə nömrəsi ilə bağlı texniki problem olsun, məlumat səhv göndərilsin. Lakin epidemioloqlar pozitiv cavab çıxan şəxslərlə birbaşa əlaqə saxlayıb, məlumat verir”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O deyib ki, bu kimi məqam o vaxt ola bilər ki, kimsə əlaqə nömrəsini verəndə bir rəqəmdə yanlışlıq baş versin:

“Bu kimi məqamlara çox rast gəlinmir. Bəlkə də, kimsə öz nömrəsini verəndə bir rəqəm səhvə yol verib. Bu səbəbdən SMS-in yanlış şəxsə yollanması ola bilər. Amma bu, texniki problemdir”.

“İnformasiyanın lazımi şəxsə getməməsi səbəbindən, həqiqətən, COVID-19-a yoluxan şəxs xəstə olduğunu bilmədən küçəyə çıxıb ətrafdakı insanları yoluxdura bilərmi?” sualına isə mətbuat katibi belə cavab verib:

“Xeyr, bu, mümkün deyil. Çünki məlumatların şəxsin birbaşa özünə getməsində problem ola bilər, amma epidemioloqlar əlaqə saxlayıb vətəndaşlara lazımi məlumatı verir və onlar zəruri prosedurlardan keçirilir”.

Xatırladaq ki, ötən həftə sosial şəbəkədə yayılan məlumat geniş müzakirələrə səbəb olub. Belə ki, ümumiyyətlə, COVID-19-a görə test verməyən bir vətəndaşa SMS vasitəsilə test nümunələrinin müsbət (pozitiv) çıxması barədə məlumat göndərilib.скачать dle 11.3
Mojo.az Banner