Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Akademik Pərviz Məmmədov vəfat edib

08.09.2026 11:59 594
Akademik Pərviz Məmmədov vəfat edib
Geofizik alim, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, professor Pərviz Ziya oğlu Məmmədov 89 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti məlumat yayıb.

Qeyd edək ki, Pərviz Məmmədov 12 yanvar 1937-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-geofizik ixtisası üzrə bitirib. 1967-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1993-cü ildə professor elmi adına layiq görülüb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.

Akademik P.Məmmədov seysmik dalğaların spektral analizi, seysmostratigrafiya, Cənubi Xəzər meqaçökəkliyinin geoloji quruluşunun tədqiqi və neft-qaz yataqlarının aşkar olunması istiqamətlərində mühüm elmi nəticələr əldə edib. O, 240-dan artıq elmi əsərin və bir monoqrafiyanın müəllifi olub, çoxsaylı alim və mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb.

Alimin elmi xidmətləri bir sıra nüfuzlu mükafat və təltiflərlə qiymətləndirilib. O, beynəlxalq elmi təşkilatların üzvü olub, "Rusiyanın görkəmli geofizikləri" ensiklopediyasına daxil edilib.

Son xəbərlər