Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

08.09.2026 11:16 585
Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər 07:30-da Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Həsən Vəli oğlu Quliyev 90-MK-953 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Hadisə nəticəsində H.Quliyev və sərnişini Rahidə İmamverdi qızı Abdullayeva həlak olublar, avtomobildə olan dörd sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər